Ana Sayfa > Karusel / Dünya > Zaxarova İrəvanın KTMT qərarına təəssüflənib

Zaxarova İrəvanın KTMT qərarına təəssüflənib


22-11-2023, 16:12. Yazar: Admin

 

Zaxarova İrəvanın KTMT qərarına təəssüflənib

"Ermənistanın KTMT-nin Minsk sammitində iştirak etməmək qərarı təəssüf doğurur, lakin qapılar açıqdır".

 

Qarabaqinfo.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib

 

"Biz inanmırıq ki, bu qərar erməni xalqının uzunmüddətli maraqlarına cavab verir və dost ölkəmizin təhlükəsizliyinin və sabitliyinin möhkəmlənməsinə töhfə verir.

 

Eyni zamanda, biz anlayırıq ki, erməni həmkarlarımız təşkilatın nizamnamə orqanlarının işini əngəlləmək fikrində deyillər", - o əlavə edib.


Geri dön