Ana Sayfa > Karusel / Region > Rusiyada “qızıl viza” almaq üçün rus dili və ölkə tarixini bilmək tələb olunur

Rusiyada “qızıl viza” almaq üçün rus dili və ölkə tarixini bilmək tələb olunur


22-11-2023, 15:11. Yazar: Admin
Rusiya Qafanda baş konsulluq açır - GlobalInfo.az

Rusiya hakimiyyəti “qızıl viza” almaq istəyən əcnəbilərdən nəinki ölkəyə sərmaə qoymağı, həm də rus dilini, ölkənin tarixini və qanunvericiliyini bilməyi tələb edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Vedomosti” yazıb.

Rusiya Daxili İşlər Nazirliyi təsdiqləyib ki, əcnəbi ərizəyə rus dilini, Rusiyanın tarixini və qanunvericiliyinin əsaslarını bilməsini təsdiq edən sənəd əlavə etməlidir.

“Miqrasiya statuslarının əldə edilməsi sistemi ilk növbədə Rusiyada yaşamaq istəyən, bunun üçün müvafiq imkanları olan və Rusiya cəmiyyətinə inteqrasiya edə bilən şəxslər üçün nəzərdə tutulmuş naturalizasiya kanalı kimi qurulub”, – idarədən bildirilib.


Geri dön