Ana Sayfa > Karusel / Region > Kreml Ermənistanın KTMT-nin Minsk sammitində iştirakdan imtinasını şərh edib

Kreml Ermənistanın KTMT-nin Minsk sammitində iştirakdan imtinasını şərh edib


22-11-2023, 14:33. Yazar: Admin

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyir.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva İrəvanın Minskdə keçiriləcək sammitdə yüksək səviyyədə iştirak etməməsindən təəssüflənir.

“Təbii ki, sabahkı sammitdə Ermənistanın yüksək səviyyədə iştirakının olmayacağına təəssüf etmək olar. Ümid edirik ki, işçi, ekspert səviyyəsində iştirak olacaq. Amma təbii ki, biz Ermənistanın təşkilat çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyirik”, – Peskov deyib.


Geri dön