Ana Sayfa > Karusel / Dünya > Rusiya MN: Krım səmasında 3 Ukrayna PUA-sı vurulub
Rusiya MN: Krım səmasında 3 Ukrayna PUA-sı vurulub22-11-2023, 10:09. Yazar: Admin |
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda iddia olunub ki, bu gün Moskva vaxtı ilə saat 07:30 radələrində Ukrayna Silahlı Qüvvələrinin "Rusiya ərazisindəki" hədəflərə hücum cəhdinin qarşısı alınıb.
Qarabaqinfo.,az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krım səması üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən 3 PUA vurulub.
Bu gün Moskva vaxtı ilə saat 6:14-də Müdafiə Nazirliyi həmçinin Qara dənizin qərb hissəsində Krım yarımadası istiqamətində hərəkət edən Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 pilotsuz katerin aşkar edildiyini bildirib. Məlumata görə, onlar da sıradan çıxarılıb.
Qeyd edək ki, beynəlxalq səviyyədə Ukrayna ərazisi kimi tanınan Krım yarımadası 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Geri dön |