Ana Sayfa > Karusel / Sosial > Bu gün Abşeronun bəzi yerlərində - Leysan olacaq, şimşək çaxacaq

Bu gün Abşeronun bəzi yerlərində - Leysan olacaq, şimşək çaxacaq


22-11-2023, 07:08. Yazar: Admin

bu-gun-abseronun-bezi-yerlerinde

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yarlərində yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Gündüz hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi 12-15 m/s, cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-15° isti olacaq.


Geri dön