Ana Sayfa > Karusel / İdman > “Neftçi” üçüncü dəfə öz meydanında ən ağır məğlubiyyətini alıb

“Neftçi” üçüncü dəfə öz meydanında ən ağır məğlubiyyətini alıb


18-09-2020, 13:47. Yazar: Admin

 

 

 

“Neftçi” üçüncü dəfə öz meydanında ən ağır məğlubiyyətini alıb

“Neftçi” avrokuboklar tarixindəki antirekordunu təkrarlayıb.

 

Qarabaginfo.az-in  məlumatına görə, Azərbaycanın ən titullu klubu bu uğursuzluğu Avropa Liqasında yaşayıb.

 

II təsnifat mərhələsində Türkiyə “Qalatasaray”ı ilə görüşən Füzuli Məmmədovun yetirmələri 1:3 hesabı ilə uduzub. Bu, “Neftçi”nin avrokuboklar tarixində ən ağır ev məğlubiyyətinin təkrarıdır.

 

Öz meydanında nadir hallarda uduzan paytaxt təmsilçisi heç vaxt 2-dən artıq top fərqinə üzülməyib. “Qalatasaray”a qədər yalnız iki rəqib Bakıda “ağ-qaralar”ı belə fərqlə üstələyib.

 

Bir sözlə, “Neftçi” 3-cü dəfə aciz meydan sahibi obrazında olub. Bunlardan biri Avropa nəhənglərindən sayılan “İnter”lə, özü də qrup mərhələsində yaşanıb. 2012-ci ildə Milan təmsilçisi də türkiyəlilər kimi 3:1 hesabı ilə qalib gəlib.

 

Təsnifat mərhələlərində isə 2-ci dəfə idi ki, “Neftçi” evdə iki top fərqi ilə uduzdu. “Qalatasaray”a qədər bunu yalnız “Vidzev” bacarıb. Polşa təmsilçisi 1997-ci ildə Çempionlar Liqasında 2:0 hesablı qələbə qazanıb.

 

Bir sözlə, təsnifat mərhələlərində ilk dəfə üç qol buraxıb, iki top fərqilə uduzan “Neftçi” tarixində 8-ci ev məğlubiyyətini alıb. Digər 5 yenilgi bir top fərqilə olub.


Geri dön