Ana Sayfa > Karusel / Gündəm > Milli Məclisdə pensiya yaşı gündəmə gətirildi: "Narahatlıq var"

Milli Məclisdə pensiya yaşı gündəmə gətirildi: "Narahatlıq var"


21-11-2023, 16:23. Yazar: Admin

Milli Məclisdə pensiya yaşı gündəmə gətirildi:

“Bu gün həm deputatları, həm də cəmiyyəti narahat edən məsələ pensiya yaşıdır”. 

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

 

O qeyd edib ki, bir hissə yuxarı qaldırılmasından, bir hissə isə aşağı olmasından şikayətlənir:

 

"Məsələn, elm adamları, müəllimlər və s. düşünür ki, insan 65 yaşında daha təcrübəli olur, o yaşda pensiyaya çıxmamalıdır. Bir hissə də var ki, özəl sektorda işləyir və ya işləmir pensiya yaşını gözləyir ki, çıxsın. Neçə faizin pensiya yaşının aşağı və ya yuxarı olmasından şikayətləndiyi statistik olaraq çıxarılsa, yaxşı olar. Əlavə olaraq, sosial müavinət alınanların siyahısı çıxsa, yaxşı olar. Hər bir millət vəkilinə siyahı verilsə, kimin sosial müavinat aldığını dəqiq bilərik”.


Geri dön