Ana Sayfa > Karusel / Gündəm > Penitensiar xidmətin rəisinə general-mayor rütbəsi verildi

Penitensiar xidmətin rəisinə general-mayor rütbəsi verildi


21-11-2023, 13:55. Yazar: Admin

penitensiar-xidmetin-reisine-general-mayor-rutbesi-verildi

Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Miradil oğlu Seyidova ədliyyə general-mayoru ali xüsusi rütbəsi verilib.

Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi Cavid Ənvər oğlu Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.


Geri dön