Ana Sayfa > Karusel / Region > Peskov: Ukraynada 2014-cü ildə “Maydan” yox, xaricdən sponsorluq edilən hərbi çevriliş olub

Peskov: Ukraynada 2014-cü ildə “Maydan” yox, xaricdən sponsorluq edilən hərbi çevriliş olub


21-11-2023, 13:45. Yazar: Admin

 

Peskov: Ukraynada 2014-cü ildə “Maydan” yox, xaricdən sponsorluq edilən hərbi çevriliş olub

Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat davam edir.

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya üçün başlıcası məqsədlərinə çatmaqdır. Ukraynada "Maydan"ın 10 illiyi ilə bağlı sualı cavablandıran Rusiya prezidentinin mətbuat katibi bildirib ki, bu, Qərbin hərbi çevrilişi olub.

"Ukraynada 2014-cü ildə “Maydan” yox, xaricdən sponsorluq edilən hərbi çevriliş olub. Gəlin hər şeyı adı ilə deyək", - deyə Peskov vurğulayıb.


Geri dön