Ana Sayfa > Karusel / Region > Ermənistan sülh müqaviləsini yalnız Qərbdə bağlamaq İSTƏYİR

Ermənistan sülh müqaviləsini yalnız Qərbdə bağlamaq İSTƏYİR


21-11-2023, 11:17. Yazar: Admin

Ermənistan sülh müqaviləsini yalnız Qərbdə bağlamaq İSTƏYİR

 

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Qərbdə imzalanacaq.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini, deputat Armen Xaçatryan “Hraparak” qəzetinə müsahibəsində bildirib.
 

"Ermənistan 10 noyabr səhvini təkrar etməyəcək. Məqsədimiz sülh sazişi imzalanandan sonra konkret təminatçıların olmasıdır ki, hər hansı pozuntu halında hansı beynəlxalq mexanizmlərdən istifadə edə biləcəyimizi bilək. Noyabrın 10-dan sonra Rusiyanın bütün zəmanətləri itdi. Ermənistan bu səhvi ikinci dəfə təkrar etməyəcək”, - Xaçatryan bildirib.
 

Onun sözlərinə görə, sülh sazişi bir sıra Qərb ölkələrinin zəmanəti ilə bağlanacaq.


Geri dön