Ana Sayfa > Karusel / Region > Narışkin: ABŞ Ukraynanı səfərbərliyin maksimum sürətləndirilməsinə yönəldir

Narışkin: ABŞ Ukraynanı səfərbərliyin maksimum sürətləndirilməsinə yönəldir


20-11-2023, 17:42. Yazar: Admin

 

Narışkin: ABŞ Ukraynanı səfərbərliyin maksimum sürətləndirilməsinə yönəldir

ABŞ Ukraynanı səfərbərliyin maksimum sürətləndirilməsinə yönəldir.

Qarabaginfo.az Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosuna istinadən xəbər verir ki, bunu Xidmətin direktoru Sergey Narışkin deyib.

Narışkinin fikrincə, ABŞ Ukraynanı səfərbərliyin maksimum intensivləşdirilməsinə yönəltməklə yanaşı, 17-70 yaş arası kişiləri və həmçinin qadınları hərbi xidmətə çağırmağı tövsiyə edir:

“Qərb, Ukraynanın müharibədəki itkilərinin sayına baxmayaraq, münaqişədə Rusiyanın qələbəsinin mümkünsüzlüyünü dünya ictimaiyyətinə nümayiş etdirməyi Prezident Vladimir Zelenski rejimindən tələb edir”.

Kəşfiyyat Xidmətinin rəhbəri həmçinin əlavə edib ki, Kiyevin amerikalı və britaniyalı kuratorları Ukraynanın hərbi-siyasi rəhbərliyinə çağırış yaşını 17-70 aralığında təyin etməyi, həmçinin qadınların ordu sıralarına səfərbər edilməsini tövsiyə edir.


Geri dön