Ana Sayfa > Karusel / İnfrastruktur > NİİM sürücülərin manevr qaydalarını pozması barədə məlumat yayıb
NİİM sürücülərin manevr qaydalarını pozması barədə məlumat yayıb20-11-2023, 11:16. Yazar: Admin |
Bəzi hallarda sürücülərin manevr etmə qaydalarına düzgün əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Növbəti belə hadisə ötən gün səhər saatlarında Heydər Əliyev prospektində baş verib. Təəssüflər olsun ki, yol hərəkəti qaydalarına əməl etməmək maddi zərərlə, ölüm və xəsarətlə nəticələnən qəzaların olmasını qaçılmaz edir. Qarabaginfo.az xəbər verir ki, bu barədə NİİM-in məlumatında deyilir. Məlumatda qeyd olunub ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsində sürücülərin yollarda necə manevr etməsi ilə bağlı qaydalar öz əksini tapıb. Belə ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Geri dön |