Ana Sayfa > Karusel / Dünya > ATƏT də "Qarabağ Azərbaycandır!" dedi - Ermənilər məyus oldu

ATƏT də "Qarabağ Azərbaycandır!" dedi - Ermənilər məyus oldu


18-11-2023, 14:43. Yazar: Admin

 

ATƏT də

Xəbər verdiyimiz kimi, ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma bu həftə Cənubi Qafqazın üç ölkəsinə səfər edib.

 

Qarabaqinfo.az xəbər verir ki, o, sonuncu dəfə İrəvana gedib və burada Ermənistan hakimiyyətinin müxtəlif nümayəndələri ilə görüşlər keçirib.

 

ATƏT-in rəsmi saytında xanım prezidentin Ermənistana səfəri barədə məlumat yayılıb. Ancaq açıqlamada "Qarabağ" toponimindən istifadə edilməyib. Bildirilir ki, Pia Kauma Ermənistan baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və xarici işlər nazirinin müavini Vahe Gevorqyanla görüşüb və əsasən sülhdən danışıb. Açıqlamada Qarabağı könüllü tərk edən ermənilər "Azərbaycandan gələn qaçqınlar" adlandırılıb və Qarabağın Azərbaycan ərazisi olduğu bir daha təsdiqlənib.

 

ATƏT-in mövcud reallıqları qəbul edərək rəsmi açıqlamasında Qarabağın adını çəkməməsi erməniləri məyus edib. Erməni mətbuatında və sosial şəbəkələrdə bunu Ermənistan diplomatiyası üçün fiasko adlandırıblar və hökumətə qarşı ittihamlar səsləndirilib. Təşkilatın rəsmi açıqlaması ilə bu linkdən tanış olmaq olar.

 

Qeyd edək ki, Pia Kaumanın Bakıya səfərindən sonra yayılan açıqlamada da Azərbaycanın Qarabağ üzərində nəzarəti bərqərar etməsi təsdiqlənmişdi.


Geri dön