Ana Sayfa > Karusel / Gündəm > Zakir Həsənovdan Özbəkistan müdafiə nazirinə başsağlığı...

Zakir Həsənovdan Özbəkistan müdafiə nazirinə başsağlığı...


18-11-2023, 11:51. Yazar: Admin

Zakir Həsənovdan Özbəkistan müdafiə nazirinə başsağlığı...

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanova başsağlığı verib.
 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir:

"Özbəkistanın Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri qoşunlarının komandanlığına məxsus Mi-8 helikopterinin Səmərqənd vilayətindəki "Kattakurqan" poliqonunda təlim-məşq uçuşu zamanı qəzaya uğraması nəticəsində ekipaj üzvlərinin həlak olması haqqında məlumat məni dərindən kədərləndirir.
Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik. Ruhları şad, xatirələri əziz olsun.
Allah rəhmət eləsin."


Geri dön