Ana Sayfa > Karusel / Gündəm > Yeni müdafiə sənayesi naziri kimdir… - DOSYE

Yeni müdafiə sənayesi naziri kimdir… - DOSYE


18-11-2023, 11:39. Yazar: Admin

Yeni müdafiə sənayesi naziri kimdir… - DOSYE

Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının yeni müdafiə sənayesi naziri təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qarabaqinfo.az saytı yeni nazirin tərcümeyi-halını təqdime edir.

Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.

2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Menecment fakültəsində mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını fərqlənmə ilə bitirib.

2010 – 2013-cü illər Xəzər Universitetində Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramını başa vurub.

2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı, “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə edib.

2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində qulluq edib.


Bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis olaraq çalışıb.
 

2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib.
 

2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb.
 

2014-cü ildə PAŞA Holdinq MMC-də icraçı direktorun müşaviri vəzifəsinə təyin olunub.

2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının sədri olaraq fəaliyyət göstərib.

2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A.Ş. şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.
 

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli sərəncamı ilə müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunub.

18 noyabr 2023-cü ildə müdafiə sənayesi nazrinin müavini vəzifəsindən azad olunub və nazir vəzifəsinə toyin edilib.

Ailəlidir. İki övladı var.


Geri dön