Ana Sayfa > Karusel / Region / Səhiyyə > Zaqatalada 64 nəfər qızılcaya yoluxdu

Zaqatalada 64 nəfər qızılcaya yoluxdu


17-11-2023, 17:19. Yazar: Admin

Zaqatalada 64 nəfər qızılcaya yoluxdu

Zaqatala Rayon Mərkəzi Xəstəxanasına bu ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

TƏBİB-dən Qarabaqinfo.az-a bildirilib ki, onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb.

 

Qeyd olunub ki, ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir: "Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir".


Geri dön