Ana Sayfa > Karusel / Təhsil > Direktor müavini olmaq istəyənlər imtahan verdilər

Direktor müavini olmaq istəyənlər imtahan verdilər


17-11-2023, 14:44. Yazar: Admin

 

Direktor müavini olmaq istəyənlər imtahan verdilər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.


Qarabaqinfo.az xəbər verir ki, BŞTİ-nin məlumatına görə, paytaxtdakı 263 nömrəli tam orta məktəbdə noyabrın 17-də təşkil olunan test imtahanında iştirak etmək üçün 344 namizəd dəvət edilib.
 

BŞTİ-nin müdir müavini Anar Məmmədov imtahan prosesini müşahidə edib.

Test imtahanında namizədlərə 100 ballıq 40 sual (vəzifə üzrə hər biri 3 bal olmaqla 20 sual, İKT səriştələri üzrə hər biri 2 bal olmaqla 10 sual və məntiq üzrə hər biri 2 bal olmaqla 10 sual) verilib. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb.
 

Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək. Keçid həddi (ixtisas üzrə minimum 30 bal, İKT üzrə minimum 10 bal, məntiq üzrə minimum 10 bal) 50 bal müəyyənləşdirilib. 50 və 50 baldan çox toplayan namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.
 

Qeyd edək ki, noyabrın 18-i və 20-də təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. Müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək şəxslərin qeydiyyatdan keçdikləri əlaqə telefonlarına imtahanın keçirilmə saatı və məkanı haqqında məlumat SMS vasitəsi ilə göndərilib


Geri dön