Böyük Qayıdış konsepsiyasına uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də özünün fəaliyyət istiqamətini müəyyənləşdirib. Biz uşaq müdafiə sistemi ilə bağlı təkliflərimizi vermişik və bu proses icradadır. Qarabağda və Şərqi Zəngəzurda xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu istiqamətdə işlər aparılır.
Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Komitə sədri uşaqların hüquqları ilə bağlı yeni qanun üzərində işlənildiyini diqqətə çatdırıb. Bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məqsədlərindən biri də uşaq hüquqlarının qorunması istiqamətində müdafiə mexanizminin təkmilləşdirilməsidir.
Bahar Muradovanın sözlərinə görə, bu məsələdə cəmiyyətin eyni mövqe nümayiş etdirməsi çox vacibdir(azərtac).