Ana Sayfa > Karusel / Gündəm > DTX-nin tutduğu şəxs bu ölkənin səfirliyinə hücum edirmiş - ŞOK DETALLAR
DTX-nin tutduğu şəxs bu ölkənin səfirliyinə hücum edirmiş - ŞOK DETALLAR17-11-2023, 13:07. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında mətbuatda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməliyyat keçirməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, uzun müddət gizli müşahidələr aparmış M.H.Hüseyinzadə 2023-cü ilin noyabr ayında xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.
Saxlanılan şəxsin M.H.Hüseyinzadə olduğu bildirilir. Əməliyyatın digər detalları açıqlanmayıb. Qarabaqinfo.az -ın məlumatına görə, İsrail mətbuatı hadisənin bir sıra detallarını açıqlayıb. İsrailin "Ynet" portalında dərc edilən xəbərdə deyilir ki, Azərbaycan təhlükəsizlik qüvvələri İsrailin Bakıdakı səfirliyinə qarşı hücumun qarşısını alıb.
Qeyd edək ki, həbs edilən şəxs Cinayət Məcəlləsinin 28, 214.2.3 və 28, 214.2.6-cı maddələri ilə təqsirləndirilir. Geri dön |