Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan kifayət qədər gəlir əldə etmək imkanına sahib olacaq

Azərbaycan kifayət qədər gəlir əldə etmək imkanına sahib olacaq


17-11-2023, 12:51. Yazar: Admin

 

Azərbaycan kifayət qədər gəlir əldə etmək imkanına sahib olacaq

Dünya Bankı Orta Dəhlizin potensialı ilə bağlı geniş araşdırma aparıb. 


Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib. 

 Komitə sədri bildirib ki, gələn ay artıq araşdırmanın ilkin nəticələrini təqdim edəcək:

  “Amma ümumi rəy olaraq 2030-cu ilə qədər Orta Dəhlizin artım potensialının üç dəfədən çox artması ilə bağlı rəqəmlər artıq elan edilib. Bu o deməkdir ki, Azərbaycan nəinki daxili iqtisadi mühit, eyni zamanda xarici iqtisadi əlaqələrlə də bağlı gələcəkdə kifayət qədər gəlir əldə etmək imkanına sahib olacaq. Bu da əslində növbəti üç və daha sonrakı illərdə büdcə gəlirlərinin daha çox artmasına imkan yaradacaq amillərdən biridir”.


Geri dön