Ana Sayfa > Karusel / Gündəm > "Dağlıq ərazilərdə işlə təmin etməkdə çətinliklər çəkirik"

"Dağlıq ərazilərdə işlə təmin etməkdə çətinliklər çəkirik"


16-11-2023, 16:11. Yazar: Admin

 

“Ünvanlı sosial yardım almaq üçün iş yerinin olması vacibdir. Ancaq biz dağlıq ərazilərdə işlə təmin etməkdə çətinliklər çəkirik”.


Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.  

“Biz ötən il 40-a yaxın ailənin ünvanlı sosial yardıma cəlb olunmasına şərait yaratmışıq. Amma səylərimizə baxmayaraq, 9 ailə ünvanlı sosial yardım ala bildi. Hesab edirəm ki, bu məsələyə daha da diqqət yetirmək lazımıdır”, - deyə deputat bildirib.

Geri dön