Ana Sayfa > Karusel / Gündəm > 3 milyon ağac əkiləcək - Nazir müavini

3 milyon ağac əkiləcək - Nazir müavini


16-11-2023, 12:25. Yazar: Admin

3 milyon ağac əkiləcək - Nazir müavini

Bu ilin yekununda Azərbaycanda işğaldan azad edilmiş ərazilər də daxil olmaqla 3 milyon ağac əkiləcək.

Qarabaqinfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən "Dayanıqlı maliyyə və investisiya" mövzusunda II Bakı Forumunda bildirib.

 

"Ətraf mühitə buraxılan zərərli qazların udulması və sağlam ekoloji mühitin yaradılması məqsədilə ölkədə meşə və yaşıllıq ərazilərinin genişləndirilməsi üçün kütləvi şəkildə ağacəkmə, meşə əkinləri və bağların salınması işləri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma, o cümlədən ekoloji bərpa fəaliyyətinə başlanıb. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi həmin ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir", - deyə o qeyd edib.


Geri dön