Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > ABŞ-ın kommersiya neft ehtiyatları 440 mln. barelə yaxınlaşır

ABŞ-ın kommersiya neft ehtiyatları 440 mln. barelə yaxınlaşır


16-11-2023, 10:32. Yazar: Admin

 

ABŞ-ın kommersiya neft ehtiyatları 440 mln. barelə yaxınlaşır

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 3 600 min barel artaraq, 439 362 min barel təşkil edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 793 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.


Geri dön