Ana Sayfa > Karusel / Gündəm > 50 vakansiya üzrə 136 namizəd imtahanda iştirak edir - Prokurorluq

50 vakansiya üzrə 136 namizəd imtahanda iştirak edir - Prokurorluq


15-11-2023, 15:02. Yazar: Admin

 

50 vakansiya üzrə 136 namizəd imtahanda iştirak edir - Prokurorluq

 

“Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin bu gün keçirilən yazılı imtahan mərhələsində 50 vakant ştat vahidi üzrə 136 namizəd yazılı imtahanda iştirak edir”.

 

Qarabaqinfo.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Müsabiqə Komissiyasının sədri, Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov prokurorluq orqanlarına qulluğa qəbul imtahanının ikinci-yazılı imtahan mərhələsinin açılışı zamanı çıxışında deyib.

 

Baş prokurorun müavini bildirib ki, hazırkı müsabiqənin yazılı imtahan mərhələsində 136 namizəd iştirak edir.

 

Namizədlərdən 29-nun qadın olduğunu qeyd edən Heydər Məmmədov əlavə edib ki, namizədlər Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Naxçıvan Dövlət Universitetinin, Milli Aviasiya Akademiyasının və xarici ali təhsil müəssisələrinin məzunlarıdır.


Geri dön