ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin Azərbaycanla sərhədə gəlib.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəsmi X səhifəsində paylaşım edilib.
Bildirilib ki, o, Ermənistanın Tavuş vilayətində sərhəd patruluna çıxan missiya üzvlərinə qoşulub. Təşkilatçılıq missiyanın İcevandakı mərkəzi tərəfindən həyata keçirilib.
