Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanla Çin arasında əməkdaşlıq müzakirə olundu
Azərbaycanla Çin arasında əməkdaşlıq müzakirə olundu15-11-2023, 14:42. Yazar: Admin |
Azərbaycanla Çin arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Bu barədə Qarabaqinfo.az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 14-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşüb.
Görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib. 2023-cü ilin 4-6 noyabr tarixlərində Baş nazirin müavini Ş.Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Çinin Şanxay şəhərinə səfərinin nəticələri yüksək qiymətləndirilib.
Səfər çərçivəsində keçirilmiş Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasının nəticələrinə dair imzalanmış Protokolun ticarət-iqtisadi sahədə münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.
Eyni zamanda ölkəmizin Şanxay şəhərində keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal Sərgisində iştirakının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Geri dön |