Ana Sayfa > Karusel / Region > Komitə sədri: Ermənistan bundan sonra istifadə edilmiş müdafiə silahları əldə etməyəcək
Komitə sədri: Ermənistan bundan sonra istifadə edilmiş müdafiə silahları əldə etməyəcək15-11-2023, 14:41. Yazar: Admin |
Ermənistan bundan sonra istifadə edilmiş müdafiə silahları əldə etməyəcək. Qarabaginfo.az “Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin qapalı iclasında çıxışı zamanı Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitənin sədri, deputat Andranik Köçəryan deyib. Ermənistanın gələn il üçün müdafiə büdcəsi ilə bağlı müzakirələrin keçirildiyi qapalı iclasda yalnız müdafiə xarakterli silahların həcmi barədə də müzakirə aparılıb. Köçəryan əlavə edib ki, müdafiə silahları ilə yanaşı, bütün digər silahlar da yeni olmalıdır. "Düşünürəm ki, 2024-cü ildə hadisələrin necə inkişaf etdiyini görəcəyik", - o, gələn il müdafiə sektoruna ayrılacaq vəsaitə toxunaraq vurğulayıb. Geri dön |