Ana Sayfa > Karusel / Dünya > ABŞ Konqresi bu gün Qarabağ dinləmələri keçirəcək

ABŞ Konqresi bu gün Qarabağ dinləmələri keçirəcək


15-11-2023, 14:31. Yazar: Admin

 

ABŞ Konqresi bu gün Qarabağ dinləmələri keçirəcək

 

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi noyabrın 15-də “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələr keçirəcək.

Qarabaqinfo.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin saytında yayılan məlumatda deyilir.

 

Dinləmələrdə ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Avrasiya və Avropa Bürosunun administratorunun müavini Aleksandr Sokolovski çıxış edəcəklər.


Geri dön