Ana Sayfa > Karusel / Cəmiyyət > NİİM avtomobil sıxlığına görə sürücülərə müraciət edib
NİİM avtomobil sıxlığına görə sürücülərə müraciət edib14-11-2023, 10:31. Yazar: Admin |
Nəqliyyatı İntelektual İdarəetmə mərkəzi avtomobil sıxlığının qarşısını almaq üçün sürücülərə müraciət edib. NİİM-dən Qarabaginfo.az verilən xəbərə görə, müraciətdə deyilir: Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-ci hissəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda (yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda) hadisə yerini tərk edə bilər. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarda baş verə biləcək avtomobil sıxlığının qarşısını almaq üçün sürücüləri diqqətli olmağa çağırır”. Geri dön |