Ana Sayfa > Karusel / Region > Rusiya MN ordunun Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürülməsi ilə bağlı məlumatı silib

Rusiya MN ordunun Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürülməsi ilə bağlı məlumatı silib


13-11-2023, 12:28. Yazar: Admin

Rusiya MN ordunun Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürülməsi ilə bağlı məlumatı silib - YENİLƏNİB

Rusiya Müdafiə Nazirliyi Dneprdən qoşunlarım şərq istiqamətində geri çəkilməsi ilə bağlı məlumatı silib.

Qarabaginfo.az xəbər verir ki, Rusiyanın dövlət informasiya agentlikləri TASS və RİA “Novosti” Dnepr yaxınlığında qoşunların yenidən qruplaşdırılması ilə bağlı xəbəri silib.

Qeyd edək ki, Rusiya MN Silahlı Qüvvələrinin “Dnepr” qruplaşmasının komandanlığı mövcud vəziyyəti qiymətləndirərək qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarına gəldiyi barədə məlumat yayıb. Bildirilib ki, bu, qüvvələrin bir hissəsini Rusiya Silahlı Qüvvələrinin digər istiqamətlərə hücumu üçün göndərməyə imkan verəcək.

***

12:01

Rusiya Silahlı Qüvvələrinin “Dnepr” qruplaşmasının komandanlığı mövcud vəziyyəti qiymətləndirərək qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarına gəlib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, qüvvələrin bir hissəsini Rusiya Silahlı Qüvvələrinin digər istiqamətlərə hücumu üçün göndərməyə imkan verəcək.


Geri dön