Ana Sayfa > Karusel / Gündəm > İraq Prezidenti səfirimizi qəbul etdi
İraq Prezidenti səfirimizi qəbul etdi13-11-2023, 11:30. Yazar: Admin |
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının bu ölkədəki səfiri Nəsir Məmmədovu qəbul edib.
Qarabaqinfo.az xəbər verirki, söhbət zamanı, Prezident Əbdüllətif Camal Rəşid cari il martın 1-3-də Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə keçirdiyi görüşü xoş təəssüratla xatırlayıb.
Prezident Əbdüllətif Camal Rəşid İraq ilə Azərbaycan arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən məmnun olduğunu bildirib. Nəzərə çatdırıb ki, iki dost dövlətin müxtəlif sahələr üzrə və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrini genişləndirmək zəruridir.
İraq Prezidenti siyasi, iqtisadi-ticari, enerji, mədəniyyət, turizm və təhsil sahəsində daha səmərəli əməkdaşlıq üçün hər iki tərəfin böyük potensialının olduğunu qeyd edib, rəsmi şəxslərin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
Səfir Nəsir Məmmədov faydalı əməkdaşlıq əlaqələrinin artırılmasının Azərbaycan və İraq xalqlarının mənafeyinə uyğun olduğunu bildirib.
Qəbulda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Geri dön |