Ana Sayfa > Karusel / İdman > Azərbaycan milli komandası FİFA reytinqində irəliləyib
Azərbaycan milli komandası FİFA reytinqində irəliləyib17-09-2020, 12:51. Yazar: Admin |
Milli komandaların FİFA reytinqi açıqlanıb.
Qarabaginfo.az-in verdiyi məlumata görə, hesabat dövründə baş tutan oyunlar cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.
Millətlər Liqasında keçirdiyi iki matç Azərbaycan milli komandasına da təsir edib. Evdə Lüksemburqa 1:2 hesabı ilə uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn Canni de Byazini yetirmələri 1179 xalla dünyanın 112-ci komandasıdır.
Bu mövqeni Nigerlə bölüşən yığmamız ötən reytinqlə müqayisədə aktivini 2 xal artıraraq 2 pillə irəliləyib.
Qeyd edək ki, siyahının 1-ci pilləsində 1773 xala malik Belçika qərarlaşıb. Geri dön |