Ana Sayfa > Karusel / Gündəm > Vasitəçilər Əliyev-Paşinyan görüşünün baş tutmasına ÇALIŞIRLAR

Vasitəçilər Əliyev-Paşinyan görüşünün baş tutmasına ÇALIŞIRLAR


9-11-2023, 14:58. Yazar: Admin

 

Vasitəçilər Əliyev-Paşinyan görüşünün baş tutmasına ÇALIŞIRLAR

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında qarşıdakı müddətdə mümkün görüşlə bağlı suala cavab verib.
 

Qarabaqinfo.az xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir müavini bildirib ki, beynəlxalq vasitəçilər yeni görüşün təşkili istiqamətində müəyyən işlər görürlər.


“Biz vasitəçilərlə daim əlaqə saxlayırıq. Beləliklə, biz yeni görüşün baş tutmasını gözləyirik. Hazırda belə bir görüşün hansı səviyyədə, harada və kimin vasitəçiliyilə baş tutacağı haqqında nəsə demək mənim üçün çətin ola bilər”, - Vahan Kostanyan əlavə edib.


Geri dön