Ana Sayfa > Karusel / Gündəm > Sabahın hava PROQNOZU
Sabahın hava PROQNOZU9-11-2023, 14:22. Yazar: Admin |
ETSN Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb. Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq Geri dön |