Ana Sayfa > Karusel / Dünya > Qəzzaya gedən humanitar yük maşınlarının sayı açıqlanıb

Qəzzaya gedən humanitar yük maşınlarının sayı açıqlanıb


7-11-2023, 16:35. Yazar: Admin

 

Qəzzaya gedən humanitar yük maşınlarının sayı açıqlanıb

İsrail və HAMAS arasında müharibə başlayandan bəri Qəzzaya daxil olan humanitar yük daşıyan maşınların sayı açıqlanıb.

Qarabaginfo.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə BMT-nin humanitar ofisinin məlumatında bildirilib.

Məlumata görə, İsraillə HAMAS arasında müharibə başlayandan bəri Qəzzaya ümumilikdə 569 yardım maşını gəlib, lakin bu maşınların heç biri yanacaq daşımayıb.

Qeyd olunub ki, Qəzza yanacaqla bağlı demək olar ki, "qırılma nöqtəsində"dir.


Geri dön