Ana Sayfa > Karusel / Dünya > Niderland Ukrayna üçün 5 F-16-nı Rumıniyaya göndərib
Niderland Ukrayna üçün 5 F-16-nı Rumıniyaya göndərib7-11-2023, 16:13. Yazar: Admin |
Niderland Ukrayna üçün 5 ədəd F-16 qırıcı təyyarəsini Rumıniyaya göndərib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin sözçüsü brifinq zamanı məlumat verib. Qeyd olunub ki, Qərb ölkələrinin Kiyevə hərbi yardım çərçivəsində təhvil verilməsinə söz verdiyi döyüş təyyarələri ukraynalı pilotların təlim keçəcəyi Rumıniyaya göndərilməyə başlayıb. Ukrayna hərbçilərinin təlim keçəcəyi mərkəz yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Ukrayna Silahlı Qüvvələrinin F-16 qırıcılarından döyüşlərdə istifadə edə biləcəyi tarix dəqiq məlum deyil. Pilotların uçuş hazırlığının ən azı altı ay çəkəcəyi gözlənilir. Geri dön |