Ana Sayfa > Karusel / Cəmiyyət > "20 Yanvar" dairəsində hərəkət məhdudlaşdırılır

"20 Yanvar" dairəsində hərəkət məhdudlaşdırılır


7-11-2023, 14:32. Yazar: Admin

 

Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

 

Bildirilir ki, təmir işləri "20 Yanvar" dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər olan hissədə 10 noyabr saat 08:00-dan 11 noyabr saat 17:00-a qədər aparılacaq.

 

Agentlik sürücülərə qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.

 


Geri dön