Ana Sayfa > Karusel / Dünya > Separatçılar Fələstinlə diplomatik əlaqə qurmaq istəyir

Separatçılar Fələstinlə diplomatik əlaqə qurmaq istəyir


7-11-2023, 13:35. Yazar: Admin

Separatçılar Fələstinlə diplomatik əlaqə qurmaq istəyir

BMT tərəfindən Gürcüstanın ərazisi kimi tanınan separatçı Abxaziyada hakimiyyət Fələstinlə diplomatik əlaqələr qurmağa çalışır.

 

Qarabaqinfo.az Exo Kavkaza"ya istinadən xəbər verir ki, bu barədə separatçıların XİN başçısı İnal Ardzinba Abxaziya İctimai Şuranın iclasında bildirib.

 

 

Görüş iştirakçıları Fələstinlə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Əfqanıstan, Yəmən və Livanla əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər. Ardzinbanın sözlərinə görə, ikitərəfli Abxaziya-BƏƏ Biznes Şurası yaradılacaq.

 

Görüşdə Abxaziya nümayəndə heyətinin Belarusun paytaxtı Minskə səfərinin nəticələri də müzakirə olunub. Ardzinba bildirib ki, səfər “gürcü diplomatlarının şiddətli müqavimətinə baxmayaraq baş tutub”. O qeyd edib ki, Belarus Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlər “aşağıya doğru gedir”.

 

Geri dön