Ana Sayfa > Karusel / Gündəm > Rəsmi Bakıdan Ermənistana sülh ÇAĞIRIŞI

Rəsmi Bakıdan Ermənistana sülh ÇAĞIRIŞI


7-11-2023, 13:01. Yazar: Admin

 

Rəsmi Bakıdan Ermənistana sülh ÇAĞIRIŞI

Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiya prosesinə sadiq qalaraq, Ermənistanı sülh prosesində konstruktiv və ədalətli mövqe nümayiş etdirməyə, bölgədəki reallıqları düzgün anlamağa çağırır.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 8 Noyabr - Zəfər Günü münasibətilə bəyanatında əksini tapıb.

 

"Hazırda erməni silahlı birləşmələrinin və Ermənistanın ərazilərimizdə yaratdığı qondarma rejimin mövcudluğuna son qoyulduqdan sonra, bölgədə sülh və sabitlik üçün geniş imkanlar mövcuddur. Ermənistan tərəfi bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını nəhayət başa düşməlidir",-deyə bəyanatda qeyd edilir. 


Geri dön