Ana Sayfa > Karusel / Gündəm > Hökumətin yaşlı və gənc məmurları - Nazirlər Kabineti üzvlərinin təvəllüdü - SİYAHI
Hökumətin yaşlı və gənc məmurları - Nazirlər Kabineti üzvlərinin təvəllüdü - SİYAHI6-11-2023, 17:34. Yazar: Admin |
Son illər Azərbaycan hökuməti idarəetmə aparatında gənc kadrları irəli çəkməyə başlayıb. Bununla yanaşı, hökumətdə hələ də yaşlı kadrlar da çalışmaqdadır. Hazırda mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən vəzifəli şəxslər arasında ən yaşlı və ən gənc məmurlar kimlərdi? Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci il təbvəllüdlüdür, 78 yaşı var. Baş nazirin müavini Əli Əhmədov 1953-cü ildə doğulub. O, 70 yaşını bu ilin aəvvəlində tamamlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı – 1954-cü il. O da təqaüdə çıxma yaşını çoxdan geridə qoyub – 69 yaş. Ədliyyə naziri Fikrət Məmmədov – 1955-ci il, 68 yaşı var. Müdafiə sənayesi naziri Mədət Quliyev 1958-ci ildə doğulub. Nazir bu il sentyabrın 27-də 65-i haqlamaqla pensiya yaşına çatıb. Müdafiə naziri Zakir Həsənov 1959-cu ildə anadan olub. Hazırda 64 yaşı olan nazir gələn il pensiya yaşına tamamlayacaq. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1961-ci il təvəllüdlüdür - 62 yaş. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 1962-ci ildə doğulub – 61 yaş. Gənclər və idman naziri Fərid Qayıbov 1979-cu ildə anadan olub. O, hökumətdəki nisbətən gənc nazirlərdəndir – 44 yaş. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov – 1965-ci il, 58 yaş.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev – 1967-ci il, 56 yaş. Daxili işlər naziri Vilayət Eyvazov – 1968-ci il, 55 yaş. Energetika naziri Pərviz Şahbazov – 1969-cu il, 54 yaş. Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli – 1970-ci il, 53 yaş. Xarici işlər naziri Ceyhun Bayramov 1973-cü ildə doğulub. Nazir bu il yubileyini – 50 yaşını qeyd edir. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev – 1975-ci il, 48 yaş. Qqtisadiyyat naziri Mikayıl Cabbarov – 1976-cı il, 46 yaş. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1983-cü ildə anadan olub. Nazir bu il sentyabrın 15-də 40 yaşını tamamlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov – 1979-cu il, 44 yaş. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev – 1980-ci il, 43 yaş. Elm və təhsil naziri Emin Əmrullayev – 1982-ci il, 41 yaş. Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov – 1946-cı il, 77 yaş. (Modern.az) Geri dön |