Ana Sayfa > Karusel / Qarabağ > “Bayraq yürüşü” ilk dəfə azad edilmiş torpaqlarımızda - Fotosessiya
“Bayraq yürüşü” ilk dəfə azad edilmiş torpaqlarımızda - Fotosessiya6-11-2023, 16:22. Yazar: Admin |
Bu gün Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə Laçın şəhərində “Bayraq yürüşü” keçirir. “Qafqazinfo”nun Laçına ezam olunmuş əməkdaşlarının məlumatına görə, 2014-cü ildən etibarən keçirilən “Bayraq yürüşü” bu il ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərimizdə təşkil edilir. Yürüşün keçirilməsində əsas məqsəd Vətən müharibəsində qazanılmış qələbəni və bayrağımızın daşıdığı milli-mənəvi dəyərləri təbliğ etmək, şəhid və qazilərimizin tarixi Zəfər yolunu uca tutmaqdır. 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli Qəhrəman Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova, Elm və Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, hərbçilər, şəhid ailələri, qazilər, 44 günlük Vətən müharibəsində döyüşən müəllimlər, eləcə də şagirdlər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Müdafiə Nazirliyi ilə birgə 2014-cü ildən etibarən milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədilə 9 Noyabr − Dövlət Bayrağı Gününə həsr olunmuş ənənəvi “Bayraq yürüşü” təşkil edir. Yürüşlər 2014-2016-cı illərdə Bakı şəhərində, 2017-ci ildə Tərtər rayonunda, 2018-ci ildə Füzuli rayonunun Horadiz şəhərində və 2019-cu ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.
Geri dön |