Rusiya prezidenti Vladimir Putin gələn həftə Qazaxıstana səfər edəcək.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentininn mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı Qasım-Jomart Tokayevin dəvəti ilə 2023-cü il noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Astanaya rəsmi səfər edəcək”, - rəsmi məlumatda deyilir.
Səfər çərçivəsində Rusiya və Qazaxıstan liderləri arasında aparılacaq danışıqlarda strateji tərəfdaşlığın cari məsələlərinin müzakirə olunacağı, bundan başqa, prezidentlərin XIX Regionlararası Əməkdaşlıq Forumunda iştirak edəcəyi qeyd olunur.