Ana Sayfa > Karusel / Dünya > “Rusiya Liviyada hərbi baza yaratmaqla bağlı danışıqlar aparır”- “Bloomberg”

“Rusiya Liviyada hərbi baza yaratmaqla bağlı danışıqlar aparır”- “Bloomberg”


6-11-2023, 11:24. Yazar: Admin

“Rusiya Liviya ilə hərbi əməkdaşlığı genişləndirmək, onun ərazisində hərbi-dəniz bazası yaratmaq niyyətindədir ki, bu da ona Avropanın cənub sərhədində möhkəmlənməyə imkan verəcək”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Mənbələr bildiriblər ki, Rusiya prezidenti Vladimir Putin və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar arasında sentyabrın sonunda Moskvada keçirilən görüşdən sonra müdafiə sazişi üzərində iş gedir.

79 yaşlı Haftar Afrikanın neft ehtiyatlarının təxminən 40 faizini təşkil edən OPEK üzvü olan Liviyada bir çox böyük neft obyektlərinə nəzarət edir.

Agentliyə danışan mənbələrə görə, Haftar Türkiyə tərəfindən dəstəklənən və ona qarşı çıxan Tripoli qüvvələrindən onu qorumaq üçün hava hücumundan müdafiə sistemləri axtarır. O, həm də hava qüvvələri və xüsusi təyinatlıların pilotlarını yetişdirməlidir. Gözlənilir ki, bunun müqabilində o, hazırda “Vaqner” muzdluları tərəfindən zəbt edilən bir neçə aviabazanın rus qoşunlarına verilməsinə icazə verəcək.

Məlumatlara görə, Rusiya hərbi gəmiləri Liviyanın Tobruk limanında daimi yanalma hüququ əldə edə bilər.  Bununla belə, bu, daha uzunmüddətli perspektivdir, çünki donanmanın yerləşdirilməsi liman qurğularının əhəmiyyətli dərəcədə modernləşdirilməsini tələb edir.


Geri dön