Bakının Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsinin yaxınlığında yol qəzası baş verib.
Qarabaqinfo.az-ın xəbərinə görə, nəticədə Ziya Bünyadov prospekti üzü metronun “20 Yanvar” stansiyası istiqamətində ciddi sıxlıq yaranıb.