Ana Sayfa > Karusel / Cəmiyyət > Onkoloji xəstələrin müalicəsi üçün 500 milyon manat lazımdır - Deputat

Onkoloji xəstələrin müalicəsi üçün 500 milyon manat lazımdır - Deputat


3-11-2023, 16:54. Yazar: Admin

Onkoloji xəstələrin müalicəsi üçün 500 milyon manat lazımdır - Deputat

Azərbaycanda onkoloji xəstəliklər üzrə dövlət büdcəsindən ayrılan vəsait beynəlxalq rəqəmlərlə müqayisədə 10 dəfə azdır. Ehtiyac olan məbləğ 500 milyon manatın üzərində olmalıdır.

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

 

O bildirib ki, onkoloji xəstəlik üçün ayrılan vəsait bugünkündən ən azı iki dəfə çox olmalıdır.

 

"Ölkəmizin üçün beynəlxalq səviyyədə imicimizə mənfi təsir göstərən hadisə var və çox gözə batır. Bu, nadir görünən xəstəliklərlə mübarizədir. Hanısı ki, bu genetik xəstəliklərindən hər bir ölkədə 10 milyonun içərisində 40-50 nəfər olur. Təəssüflər olsun ki, bunlar əvvəl dövlət proqramına salınmayıb. 3-5 xəstəlik var ki, onların dövlət hesabına müalicəsi problemi öz həllini gözləyir”


Geri dön