Ana Sayfa > Karusel / Gündəm > Vilayət Eyvazov Gəncədə qəbul keçirəcək

Vilayət Eyvazov Gəncədə qəbul keçirəcək


3-11-2023, 15:47. Yazar: Admin

 

Vilayət Eyvazov Gəncədə qəbul keçirəcək

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il noyabr ayının 15-də Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Kəlbəcər, Xocalı, Goranboy, Samux, Göygöl və Naftalan şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

 

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 14.11.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

 

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.


Geri dön