Ana Sayfa > Karusel / Dünya > Almaniya əhalisinin 50 faizi İsraili dəstəkləyir - SORĞU

Almaniya əhalisinin 50 faizi İsraili dəstəkləyir - SORĞU


3-11-2023, 15:19. Yazar: Admin

 

Almaniya əhalisinin 50 faizi İsraili dəstəkləyir - SORĞU

Almaniya əhalisinin demək olar ki, yarısı İsrailin HƏMAS-a qarşı müharibədəki hərəkətlərini dəstəkləyir.

 

Qarabaqinfo.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu "Deutschlandtrend"in keçirdiyi sosioloji sorğunun nəticələri göstərib.

 

Sorğuda iştirak edənlərin 35%-i İsrailin HƏMAS hücumuna cavabını adekvat, digər 8%-i isə qeyri-kafi hesab edir. Eyni zamanda, sorğuda iştirak edən almanların 41%-i hesab edir ki, İsrailin hərəkətləri qeyri-mütənasibdir.

 

Qəzza zolağında mülki əhalinin hazırkı vəziyyətinə görə məsuliyyətlə bağlı fikirlər də fərqlidir. Əksəriyyət HƏMAS-ı qismən və ya tamamilə günahlandırır, lakin təxminən 50 faiz İsrailin günahını istisna etmir.

 

Eyni zamanda, respondentlər münaqişənin genişlənməsindən qorxur və Almaniyada antisemitizmin artdığını qeyd edirlər.


Geri dön