Ana Sayfa > Karusel / İqtisadiyyat > Maliyyə naziri hərbi xərclərin artırılması barədə təkliflərə münasibət bildirib

Maliyyə naziri hərbi xərclərin artırılması barədə təkliflərə münasibət bildirib


3-11-2023, 13:23. Yazar: Admin

Maliyyə naziri hərbi xərclərin artırılması barədə təkliflərə münasibət bildirib

Hərbi xərclərin artırılması təklif olundu. Ali Baş Komandan bu məsələni diqqət mərkəzində saxlayır.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, lazım gələndə bu vəsait artırıla bilər: “Prezident hər zaman çıxışlarında deyir ki, müdafiə qabiliyyətimizin yüksəldilməsi bir nömrəli məsələdir. Cari ildə yenidən baxılma ilə bizim müdafiə xərcimiz 1 milyard manatdan artıq artırılıb. İmkan olan kimi bu edilir və yenə də imkan olan kimi bu vəsait artırılacaq”.

Qeyd edək ki, dünən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deputatlar hərbi xərclərin artırılmasını təklif edib.


Geri dön