Ana Sayfa > Karusel / Qarabağ > Qubadlıda silah-sursat aşkarlanıb - FOTO

Qubadlıda silah-sursat aşkarlanıb - FOTO


3-11-2023, 10:37. Yazar: Admin

 

Qubadlıda silah-sursat aşkarlanıb - FOTO

Qubadlı rayonunda silah-sursat aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində yerləşən yarımtikilidən 1 qumbaraatan, 1 avtomat, 5 qumbara, patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön