Ana Sayfa > Karusel / Dünya > İsrail Qəzzada 100-ə yaxın tuneli məhv edib

İsrail Qəzzada 100-ə yaxın tuneli məhv edib


2-11-2023, 17:07. Yazar: Admin

İsrail Qəzzada 100-ə yaxın tuneli məhv edib

İsrailin Qəzza zolağına qurudan hücuma başladığı vaxtdan bəri onun nəzarətinə keçən ərazilərdə mühəndis-istehkamçılar HAMAS-ın tunellərini məhv etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Walla" xəbər portalı məlumat yayıb.

Bildirlib ki, ordu mühəndisləri tunelləri dağıtmaq, HAMAS-ın quraşdırdığı tələləri zərərsizləşdirmək və ya tunellərdəki silahlıları öldürmək üçün müxtəlif növ robotlar və partlayıcı qurğulardan istifadə edirlər.

Cənub Komandanlığının yüksək rütbəli zabiti bildirib ki, tunnellər, onların çıxışları dağıdılır: "Bura ölüm zonasına çevriləcək. Onlar (HAMAS silahlıları - red.) qaça bilməyəcəkləri yerdə olmağı seçərək səhv etdilər, onlar tunellərdə öləcək".
"Walla"nın xəbərinə görə, hava hücumlarında vurulan tunellər nəzərə alınmasa, ordu artıq 100-ə yaxın tuneli məhv edib.


Geri dön